kiv-fashion-tv-telekanali-satisa-cixarilib

KİV: “Fashion TV” telekanalı satışa çıxarılıb

“Fashion TV” beynəlxalq telekanalı satışa çıxarılıb. İnsider.az bildirir ki, onun səhmdarları Avropa və Asiyadan olan bir neçə potensial alıcılarla danışıqlar aparır. İnsider.az-ın məlumatına görə, bu barədə mediabazardakı mənbəyə istinadla “Kommersant” xəbər verir.

“Danışıqlar ən azı Hindistan, Çin, Honkonq və Avropadan olan beş qrupla aparılır”, - deyə telekanalın prezidenti Mariya Lisovska bildirib.

Səhmdarlar “Fashion TV”-nin dəyərləndirməsinə 50 milyon dollardan çox məbləğ əldə etməyə ümid edirlər.

Qeyd edək ki, “Fashion TV”-nin təsisçisi Polşalı sahibkar Mişel Adamdır. Onun strukturları kanalın 80%-nə nəzarət edir. Aktivin 20%-i Rusiyalı biznesmen Oleq Boykonun “Finstar” qrupuna aiddir.

Telekanal “Fashion TV” 1997-ci ildə Fransada işə salınıb. Fərdi məlumatarına görə, telekanal bütün dünya üzrə 470 milyon ödənişli TV abunələrini və 400 milyon OTT-servisləri istifadəçilərini əhatə edir. 

Samira Məmmədova