kiv-makron-iqtisadiyyat-naziri-olarken-vezifesinden-sui-istifade-ederek-uber-e-yardim-edib

KİV: Makron iqtisadiyyat naziri olarkən vəzifəsindən sui-istifadə edərək "Uber"ə yardım edib

Fransa Prezidenti Emmanuel Makron iqtisadiyyat naziri olarkən vəzifəsindən sui-istifadə edərək polisin 2015-ci ildə Marselin mərkəzində fəaliyyətini dayandırdığı “Uber”ə yardım edib.

Bu barədə Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsiumunun (ICIJ) tədqiqatında qeyd olunub.

Jurnalistlərin məlumatına görə, 2015-ci ilin oktyabrında Marseldə taksi sürücüləri “Uber” menecerinin biznesmenlər üçün keçirilən tədbirdə çıxışına mane olduqdan sonra yerli polis idarəsi şəhərin mərkəzi ərazilərində “UberX” xidmətini dayandırıb.

Daha sonra şirkətin Avropadakı lobbiçisi Mark Makqann problemlə məşğul olacağına söz verən dönəmin iqtisadiyyat naziri Emmanuel Makronla əlaqə saxlayıb.

Bildirilib ki, 12 gün sonra yerli orqanlar yeni bir əmr verərək qadağanın “lisenziyasız və tənzimlənməmiş” “Uber” sürücülərinə şamil edildiyini açıqlayıb.

Report