ABŞ prezidenti Donald Tramp milli təhlükəsizlik üzrə müşavir postuna ABŞ-ın girov məsələləri üzrə xüsusi nümayəndəsi O Brayenin namizədliyini nəzərdən keçirir.
İnsider.az xəbər verir ki, bu barədə "The Washington Post" qəzeti bildirib.
Qəzetin məlumatlarına görə, Tramp cümə günü Ağ Evdə O Brayenlə görüşüb. Hakimiyyət Dövlət Departamenti və Pentaqonun nümayəndələri ilə yaxşı münasibətlərinə görə onu "təhlükəsiz seçim" hesab edir.
"Ağ Evdə komanda oyunçusunu görmək istəyirlər", - deyə "The Washington Post" hakimiyyət nümayəndəsinin sözlərini sitat gətirib.
Daha əvvəl Tramp ABŞ-ın dövlət katibi Maykl Pompeonun milli təhlükəsizlik üzrə köməkçi vəzifəsinə təyinatını istisna edib.
Report