Velosiped üzrə “Tur de Frans” yarışı koronavirus pandemiyasına görə qeyri-müəyyən müddətə təxirə salınacaq.
İnsider.az xəbər verir ki, "L Equipe" nəşrinə istinadən xəbər verir ki, təxirəsalma Fransada bütün kütləvi tədbirlərin iyulun ortalarınadək qadağan olunması ilə bağlıdır.
"Tur de Frans" 27 iyun - 19 iyulda keçirilməli idi.
Qeyd edək ki, daha öncə "Tur de Frans"ın baş direktoru Kristian Pryudom yarışın tam ləğvini və ya tamaşaçısız keçirilməsini düşünmədiyini açıqlayıb.