“Facebook” təsisçisi Mark Zukerberqin şirkətin fərdi istifadəçi məlumatlarının qorunması ilə bağlı problemlərində özü əlbir ola bilər. İnsider.az bunu “The Wall Street Journal”-a istinadla xəbər verir.
Nəşriyyatın məlumatına görə, sosial şəbəkə istifadəçilərin şəxsi məlumatlarının konfidensiallığını 2012-ci ildən etibarən təmin etməli idi.
Şirkət rəhbərliyinin elektron yazışması “Facebook” top-menecerlərinin və şəxsən Zukerberqin bunu etmədiklərini sübut edir. Üstəlik, “Facebook” rəhbərliyi, yazışmaya əsasən, məlumatların konfidensiallığını “prioritet olmayan məsələ” sayıb.
Xatırladaq ki, ötən ilin əvvəlində “Facebook” tarixindəki ən iri fərdi istifadəçi məlumatlarının sızıntısı barədə məlumat yayılıb. “Cambridge Analytica” şirkəti qeyri-qanuni şəkildə sosial şəbəkənin 87 milyon istifadəçisinin məlumatlarını toplayıb, onları üçüncü şəxslərə, o cümlədən, ehtimala görə, verilənləri siyasi reklam üçün istifadə edəcək hazırkı ABŞ prezidneti Donald Trampın seçkiqabağı ştabına ötürüb.
Qeyd edək ki, 2018-ci ilin aprel və may aylarında Zukerberq ABŞ Konqresində və Avroparlamentdə məlumatların sızıntısına görə səhvini etiraf edərək üzr istəyib.
Samirə Məmmədova