kiyevde-guclu-partlayis-sesleri-esidilir

Kiyevdə güclü partlayış səsləri eşidilir

Rusiya prezidenti Vladimir Putin Ukraynada xüsusi hərbi əməliyyata başladıqlarını elan etdikdən sonra paytaxt Kiyev də daxil olmaqla, ölkənin müxtəlif şəhərlərində partlayış səsləri eşidilir.

Kiyevdən başqa, Xarkov, Kramatorsk, Mariupol, Nikolaiv və Odessa şəhərlərində də bir-birinin ardınca partlayışlar baş verib.

Yerli Ukrayna rəsmiləri Rusiyanın işğal əməliyyatının başladığını və partlayışların raket hücumları nəticəsində baş verdiyini açıqlayıb.

Haraların vurulduğu və hücumlarda hər hansı itki olub-olmadığı barədə məlumat verilməyib.

Rus əsgərlərinin separatçı zonalardan kənara çıxıb-çıxmadığına dair heç bir açıqlama verilməyib.

Ukraynanın Donbas vilayətinin Kramatorsk şəhəri üzərində qırıcı təyyarələrin səsi eşidilir.

Fevralın 24-ə Rusiya prezidenti Vladimir Putin Ukraynada hərbi əməliyyat elan edib.

Marja