“Bütün gecə Ukraynanın Kiyev şəhəri bombalanıb”.
Bunu açıqlamasında orada yaşayan həmvətənimiz Salman Rəhimli bildirib.
Onun sözlərinə görə, hazırda şəhərdə partlayış səsi eşidilir:
“İnsanlar sığınacaqlarda, metrolarda gözləyirlər”.
O qeyd edib ki, dəfələrlə Azərbaycanın Ukraynadakı səfirliyi ilə əlaqə saxladıqdan sonra onlara cavab verilib:
“Dəfələrlə əlaqə saxladım. Sonda zəngimə cavab verildi və sənədlərimizi göndərdim. Rəsmi məktub gəldi ki, qeydiyyata alınmışıq və yenidən zəng ediləcək. Hələ bir xəbər yoxdur”.
Oxu.Az