kiyeve-kamikadze-dronlarla-hucum-insanlara-xeberdarliq-edildi

Kiyevə kamikadze dronlarla hücum: İnsanlara xəbərdarlıq edildi

Səhər saatlarında Ukraynanın Kiyev şəhərində partlayışlar baş verib.

Paytaxt meri Vitali Kliçkonun sözlərinə görə, partlayış paytaxtın mərkəzindəki Şevçenko rayonunda baş verib.

“Bütün xidmətlər hadisə yerinə yollanır. Hava hücumu davam edir. Sığınacaqlarda qalın!” - deyə Kliçko insanları ehtiyatlı olmağa çağırılıb.

Daha sonra Kliçko növbəti partlayış barədə məlumat verib.

Ukrayna prezidentinin aparatının rəhbəri Andrey Yermak paytaxta kamikadze dronlarla hücum edildiyini bildirib.

Oxu.Az