Niderlandın keçmiş milli aviaşirkəti “KLM Royal Dutch Airlines” karbon izinin azaldılması üçün müştəriləri təyyarələrdə az-az uçmağa səsləyən “Fly Responsibly” kampaniyasını təqdim edib. İnsider.az-ın məlumatına görə, şirkətin təqdimatına “Quartz” diqqət edib.
Çarx üç sual verir: “Sizə kiminləsə tez-tez fiziki olaraq görüşmək beləmi vacibdir?”, “Təyinat yerinə qatarla gedə bilərdiniz mi?” və “Öz karbon izinizi necə azalda bilərsiniz?”
Aviaşirkət müştərilərə “Co2zero” proqramına qoşulmağı təklif edir. Proqram çərçivəsində daşıyıcı Panamada meşə salaraq, karbon izini kompensasiya edir. Bunun üçün aviabiletin bronlanması vaxtı təxminən 8 avro əlavə ödəmək lazımdır.
Beynəlxalq Təmiz Nəqliyyat Şurasının məlumatına görə, “KLM” yanacağı daha effektiv sərf edən aviaşirkətlərin siyahısına daxildir. Nəşriyyatın qeyd etdiyinə görə, bu, həmçinin sərnişin salonunun planlaması ilə bağlıdır.
Qeyd edək ki, “Quartz”-ın yazdığına görə, aviauçuşlar bütün zərərli maddələrin tullantısının 2,5%-ni təşkil edir, buna görə də ətraf mühitə qayğı göstərən insanlar bu nəqliyyat növünü daha az-az seçir.
Samirə Məmmədova