komissiya-efv-serencaminin-imzalanmasi-uzre-isini-yekunlasdirib-1000-den-cox-muraciete-baxilib

Komissiya əfv sərəncamının imzalanması üzrə işini yekunlaşdırıb, 1000-dən çox müraciətə baxılıb

Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının sonuncu iclası keçirilib.

Bununla da Komissiya növbəti əfv sərəncamının imzalanması üzrə işini yekunlaşdırıb.

Bu müddətdə ümumilikdə 1000-dən çox müraciətə baxılıb.

Komissiya sənədləri ümumiləşdirərək Azərbaycan Prezidenti İlham Əliyevə təqdim edəcək.