kompensasiyalarin-verilmesi-muddeti-2-gune-basa-catir-odenisi-almayanlari-ne-gozleyir

Kompensasiyaların verilməsi müddəti 2 günə başa çatır - Ödənişi almayanları nə gözləyir?

Bu həftə bəzi problemli kreditlərə kompensasiyaların ödənilməsi müddəti başa çatır.

Bu həftə kompensasiya ala bilməyənlər sonrakı aylarda bu güzəştlərdən istifadə edə biləcəklərmi?

İnsider.az xəbər verir ki, iqtisadçı-ekspert Vüqar bayramovun sözlərinə görə, kompensasiya almaq hüququ olan amma fərqli o cümlədən, texniki səbəblərdən pullarını ala bilməyənlər may ayından sonra da bu imkandan istifadə edə biləcəklər: "Məsələn, vətəndaşa 1500 manat kompensasiya hesablanıb amma ödəniş hələ də verilməyib və kompensasiyaların verilməsi müddəti də 2 gündən sonra başa çatır. Bu halda vətəndaşımız may ayında kompensasiya ala bilməsə də, ona vəsait hesablandığı üçün növbəti aylarda bu imkandan yararlana biləcək. O baxımdan, may ayında kompensasiya ala bilməyənlər amma bu hüququ olanlar üçün vəsait ödənişi həyata keçiriləcək".