Yay aylarında qapalı şəraitdə kondisioner istifadəsi angina, tənəffüs sistemi və gözlərin xroniki xəstəlikləri, həmçinin allergiya və legionelloza səbəb ola bilər.
Mk.ru xəbər verir ki, bunu rusiyalı həkim-epidemioloq Daria Tixonova bildirib.
Həkimin sözlərinə görə, cihazdan düzgün istifadə edilməməsi, dezinfeksiya olunmaması, havalandırma və kondisioner sistemlərinin vaxtında təmizlənməməsi də xəstələnməyə şərait yaradır.
Neqativ nəticələrin qarşısını almaq üçün gün boyu kondisioner olan otaqda qalmamaq və temperaturu 18 dərəcənin altında qoymamaq lazımdır. Avadanlıqların vaxtında təmizlənməsi də buna kömək edəcək.
“Kondisionerdə quraşdırılmış optimal temperatur 21-23 dərəcə olmalıdır. Xarici mühit və otaqdakı istiliklər arasındakı fərqi də nəzərə almaq lazımdır. 10 dərəcədən çox olmamaq tarazlığını qorumaq arzuolunandır”, - deyə Tixonova əlavə edib.