Cənubi Koreya Prezidenti Yun Sok Yol paytaxt Seulun mərkəzində azı 156 nəfərin ölümü ilə nəticələnən faciəyə görə üzr istəyib.
“Təsviri mümkün olmayan faciə yaşayan qurbanların ailələrindən, bu ağrıya və kədərə şərik olan ölkədən üzr istəyirəm”, - deyə dövlət başçısı bildirib.
O qeyd edib ki, ölkənin təhlükəsizlik sahəsində əsaslı dəyişikliklərə ehtiyac var.
Bundan əlavə, o, günahkarların məsuliyyətə cəlb ediləcəyini və bu iş üzrə prosesin ictimaiyyətə açıq olacağını vəd edib.
Xatırladaq ki, oktyabrın 29-da axşam saatlarında “Halloween” bayramı qeyd olunarkən Seulun İtaevon səmtindəki “Hamilton” hotelinin yaxınlığındakı dar xiyabanlardan birində insanların izdihamı səbəbindən basabas yaranıb. Nəticədə azı 156 nəfər, o cümlədən 26 əcnəbi həlak olub.