koronavirus-testinin-cavabinda-sehvlerin-sebebleri-aciqlandi

Koronavirus testinin cavabında səhvlərin səbəbləri açıqlandı

Virusun vəziyyətini həmişə müəyyənləşdirə bilmədiyindən, koronavirus testlərinin cavabı bəzən səhv ola bilər.

Bu barədə RBK-ya Rusiya Səhiyyə İqtisadiyyatı İnstitutunun direktoru Larisa Popoviç məlumat verib.

Onun sözlərinə görə, əsas çətinlik virusun aktiv olub-olmadığını və ya bədənin immun sistemi tərəfindən dəf edildiyini müəyyənləşdirən zaman yarana bilər.

“Testlər antigeni uğursuz seçdikdə, onlar digər virusların qalıq izlərini görə bilər”, - deyə mütəxəssis izah edib.

L.Popoviç əlavə edib ki, Rusiyada istifadə olunan testlərin cavabında səhv ehtimalı dörd faizdir.

O, xəstəliyin simptomları mövcud olduqda bir neçə dəfə analiz verməyin daha yaxşı seçim olduğunu vurğulayıb.