koronavirusa-qarsi-daha-bir-nece-potensial-derman-tapildi

Koronavirusa qarşı daha bir neçə potensial dərman tapıldı

ABŞ-ın Cənubi Florida Universitetinin alimləri və onların Arizona Universitetindəki həmkarları SARS-CoV-2-yə qarşı bir neçə potensial dərman tapıblar. Müəyyən edilmiş birləşmələr insan hüceyrələrində koronavirusun replikasiyasını dayandıra bilir.

İnsider.az xəbər verir ki, bu barədə “Cell Research” jurnalında dərc olunan məqalədə bildirilib.

Tədqiqatçılar FDA (ABŞ-da Qida və Dərman İdarəsi) tərəfindən təsdiqlənmiş və hepatit C-yə qarşı istifadə olunan “boseprevir” və “GC-376” antiviral dərmanların virusun çoxalmasında və yeni hüceyrələrin yoluxmasında əsas rol oynayan Mpro viral proteazanı hədəf aldıqlarını müəyyən ediblər.