koronavirusla-bagli-son-statistika

Koronavirusla bağlı SON STATİSTİKA

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 840 yeni yoluxma faktı qeydə alınıb, 268 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 242 491 koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 231 638 nəfər müalicə olunaraq sağalıb, 3 307 nəfər vəfat edib, aktiv xəstə sayı 7 546 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 023, ötən müddət ərzində isə ümumilikdə 2 736 493 test aparılıb.

Qeyd edək ki, 16 Mart 2021-ci il tarixində 980 yoluxma faktı qeydə alındığı açıqlanmışdı.

13 Dekabr 2020-ci il tarixində açıqlanmış fakt (4451) bugünədək qeydə alınmış ən yüksək günlük yoluxma sayı idi.