koronavirusla-bagli-son-veziyyet

Koronavirusla bağlı son vəziyyət

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 601 yeni yoluxma faktı qeydə alınıb,  1593 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 19 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 224 651  nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 208 681 nəfər müalicə olunaraq sağalıb, 2 909 nəfər vəfat edib, aktiv xəstə sayı 13 061  nəfərdir.

Ölkədə son sutka ərzində 8 368, hazırkı dövrədək isə  2 267 923 test aparılıb.

Qeyd edək ki, 09 Yanvar 2021-ci il tarixində 633 yoluxma faktı qeydə alındığı açıqlanmışdı.

13 Dekabr 2020-ci il tarixində açıqlanmış fakt (4451) bugünədək qeydə alınmış ən yüksək günlük yoluxma sayı idi.