Rusiyalı alimlər koronavirus və piylənmə arasında əlaqəni müəyyən ediblər.
İnsider.az xəbər verir ki, bu barədə “İzvestiya” məlumat yayıb.
Məlumata görə, yoluxucu və xroniki xəstəliklər zamanı bədən kütləsi indeksi insanın yaşaması ilə birbaşa əlaqəlidir: indeks nə qədər yüksək olsa, ürək-damar xəstəliyi və ya ikinci tip diabet xəstəliyinə tutulma ehtimalı bir o qədər çox olar.
Virusoloqlar və dietoloqlar piylənmə ilə bağlı problemi olan insanlarda COVID-19 epidemiyasının gedişatının daha ağır olacağını düşünürlər.
Oxu.Az