koronavirusun-daha-olumcul-yeni-novu-yayilir-peyvendler-tesir-etmeye-biler

Koronavirusun daha ölümcül yeni növü yayılır - PEYVƏNDLƏR TƏSİR ETMƏYƏ BİLƏR

Bəzi ölkələrdə müşahidə edilən koronavirus mutasiyası ilə əlaqədar Avropa Birliyi (AB) ölkələri təcili yığıncaq keçirəcək. Böyük Britaniyanın Səhiyyə naziri Matt Hancock, yeni növün nəzarətdən çıxdığı xəbərdarlığını etmişdi.

Koronavirusun yeni növünun yayılması Avropanı təşvişə salıb.  

İnsider.az xəbər verir ki, Böyük Britaniyanın Səhiyyə naziri Matt Hancockun ölkədə yayılan koronavirus mutasiyasının nəzarətdən çıxdığı barədə açıqlamasının ardından qitə daxilində yeni tədbirlər gündəmə gəlib. Avropa Birliyi (AB), necə hərəkət edəcəklərini müəyyən etmək üçün bu gün təcili yığıncaq keçirəcək.

70% daha yoluxucu olan növə yalnız London və ətrafında deyil, ölkənin bütün ərazisində rast gəlinib. Daha ölümcül olduğuna və ya peyvəndləri təsirsiz edəcəyinə dair hələ bir məlumat olmasa da, ölkələr, ardıcıl tədbir görərək Böyük Britaniya ilə sərhədləri bağlamağa başlayıb.

Aralarında Türkiyənin də olduğu bir çox ölkə Böyük Britaniyaya uçuşları dayandırıb.

Böyük Britaniynın Baş naziri Boris Johnson, 5 Noyabr - 2 dekabr tarixinə qədər davam edən karantin və sonrakı sərt tədbirlərə baxmayaraq yoluxanların azalmamasının 70% daha yoluxucu olan bir növdən qaynaqlandığını açıqlamışdı.

Marja