koronavirusun-delta-stammi-dunyada-dominantliq-ede-biler

Koronavirusun “Delta” ştammı dünyada dominantlıq edə bilər

Koronavirusun “Delta” ştammı dünyada dominantlıq edə və bir çox ölkələrə yayıla bilər.

Bu barədə Çinin xəstəliklərə nəzarət və onların profilaktikası üzrə Mərkəzinin əməkdaşı Fen Szıszyan CCTV telekanalının efirində deyib.

Onun sözlərinə görə, bu ştammın yüksək yoluxuculuğu virusun canlı qalmasına və daha sürətli templə yayılmasına səbəb olur.

Bir müddət öncə Çinin cənubundakı Quandun əyalətinin Şençjen şəhərində “Delta” ştammına bir neçə yoluxma hadisəsi qeydə alınıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının son məlumatına görə, ilk dəfə Hindistanda aşkar edilən COVID-19 infeksiyasının “Delta” ştammı artlq dünyanın 85-dən çox ölkəsində yayılıb.