Hindistanda son 24 saatda koronavirusdan 2022 nəfər həyatını itirib.
İnsider.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin açıqlamasına istinadla məlumat yayıb.
Bildirilir ki, bir sutka ərzində ölkədə 10 974 nəfərdə koronavirus aşkarlanıb, virusa yoluxanların ümumi sayı 355 060 nəfərə çatıb. İndiyə qədər virusdan ölkədə 11 922 nəfər ölüb, 187 718 nəfər sağalıb.
Ölüm hallarının hər gün artdığı Hindistanın Çin, ABŞ, Braziliyanın ardınca koronavirusun yeni episentri olduğu bildirilir.
Oxu.Az