“Bu günə qədər koronavirusun isti havada məhv olması ilə bağlı hər hansı sübut yoxdur”.
İnsider.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı keçirdiyi online brifinqdə deyib.
O qeyd edib ki, yayın gəlişi ilə virusun azalması ilə bağlı hər hansı araşdırma aparılmayıb: “Yay ayında insanlar da çölə çıxmağa çox meyl edirlər”.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) mütəxəssisi Elturan İsmayılov isə qeyd edib ki, bu gün havanın temperaturu olduqca yüksək olduğu ölkələrdə belə kifayət qədər koronavirusa yoluxma halları var.