koronavirusun-peyvendlere-qarsi-muqavimetli-ola-bilecek-varianti-yayilir-mu-xeberdarligi

Koronavirusun peyvəndlərə qarşı müqavimətli ola biləcək variantı yayılır - "MU" XƏBƏRDARLIĞI

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) son həftəlik hesabatını, xüsusilə Cənub Amerikadan yayılan koronavirusun "B. 1.621" ştammına (variantına) həsr edib. ÜST koronavirusun bu yeni ştammını “Mu” adlandırıb.

Hesabatda; bu variantın "araşdırılması" lazım olan variantlar arasında olduğuna diqqət çəkilib, Cənub Amerika və Avropada yoluxmalar olduğu qeyd edilib.

ÜST, "Mu" variantının peyvəndlərə qarşı daha müqavimətli ola biləcəyini düşündürən mutasiyalara sahib olduğunu, ancaq bunu tam dəqiqləşdirmək üçün yeni araşdırmalara  və məlumatlara ehtiyac olduğunu bildirib.

ÜST, “Mu” variantının qlobal yayılmasının hazırda 0,1% səviyyələrində olmasına baxmayaraq, Kolombiyada yoluxanların 39%-ni,  Ekvadordakı yoluxanların isə 13%-ni təşkil etdiyini bildirib və yayılmasında davamlı artımda olduğu vurğulayıb.

ÜST, koronavirus variantlarını iki sinifə ayıraraq araşdırır. Bunlar, VOC (narahatlıq yaradan variantlar) və VOI (izlənən variantlar) olaraq təsnif edilir. İndiyə qədər dörd variant narahatlıq yaradan variantlar siyahısına daxil olub. Bunlar; 193 ölkədə görülən Alfa, 141 ölkədə görülən Beta, 91 ölkədə təsbit edilən Gamma, 170 ölkədə təsbit edilən və son dövrdə təsirli olan Delta variantlarıdır. "Mu" hələlik "izlənən variantlar" arasında təsnif edilir.

Marja