“Koronavirusun yeni ştammlarının ortaya çıxması səbəbindən onun klinik mənzərəsi daim dəyişir”.
Lenta.ru xəbər verir ki, bu barədə rusiyalı infeksionist Oksana Staneviç məlumat verib.
İndi COVID-19-un əlamətləri ishal, ürəkbulanma, qusma və qarın ağrısı kimi qastroentrit simptomlarıdır.
Həkimin sözlərinə görə, koronavirus xəstəliyinin başlanğıcında xəstələr bu əlamətlərin olduğunu deyirlər.
“Əksər hallarda xəstələr bunun koronavirus olmadığını, adi bağırsaq infeksiyası olduğunu düşünür və səhv müalicə etməyə başlayırlar. Xəstə qusma və ishal nəticəsində çoxlu maye və elektrolit itirir. Çox vaxt belə xəstələr xəstəxanaya orqanizmin çoxlu su itirmiş vəziyyətində daxil olurlar”, - deyə mütəxəssis bildirib.
O vurğulayır ki, isti havalarda xəstələrə nəzarət etmək daha çətindir, çünki bədənin susuz qalması səbəbindən böyrəkdə ciddi problemlər yarana bilir. Bu kimi ağırlaşmalar ambulator mərhələdə antiviral dərman qəbul edən insanlarda da müşahidə olunur.