korporativ-uzunomurluler-kenarlasdirilan-top-menecerler-oten-ilin-tehlili

Korporativ uzunömürlülər, kənarlaşdırılan top-menecerlər - Ötən ilin təhlili

2018-ci ildə bütün dünyada şirkət rəhbərləri arasındakı kadr axını rekord həddə çatıb.

İnsider.az bu barədə“Strategy&”-nin (“PwC” şəbəkəsinin çərçivəsində strateji konsultasiya şöbəsi) apardığı araşdırmaların nəticələrinə istinadən xəbər verir.

“Strategy&” son 19 ildə dünyanın bazar kapitalizasiyası dərəcəsinə görə, 2,5 min iri ictimai şirkətdə rəhbər dəyişikliklərin baş verməsini təhlil edib.

Təhlil göstərib ki, kadr axını kimi parametr top-menecerlərin arasında 2018-ci ildə artıb və 17,5% təşkil edib. Bu, 2017-ci illə müqayisədə 3 faiz dərəcəsilə çoxdur, həmçinin ümumi son onillik üçün xas olan dərəcədən yüksəkdir. Bununla yanaşı, rəhbərin dünyanın iri şirkətlərində orta iş davamiyyəti  beş il təşkil edib.

Avstraliya, Çili və Polşa kimi ölkələrdə rəhbərlər arasında işdən getmə göstəricisi daha da yüksəkdir və 21,9% edir. Braziliya, Rusiya və Hindistanda bu göstərici 21,6%-ə çatır. Nisbətən az yüksək olan göstəricilər Qərbi Avropa ölkələrində (19,8%), ən aşağı dərəcə isə Şimali Amerikada (14,7%) qeyd olunub.

Sahə spesifikası da mövcuddur. Belə ki, ən tez-tez rəhbərlik kommunikasiya şirkətlərində dəyişir (rəhbər kadrların axını 24,5% edir). Bu göstərici xammal (22,3%) və yanacaq-energetika (19,7%) sektorunun şirkətləri üçün də yüksəkdir. 2018-ci ildə kadr axınının ən aşağı göstəricisi səhiyyə sahəsində idi (11,6%).

Yeni rəhbərlərin arasında qadınların payı 2018-ci ildə 4,9% təşkil edib. Bu, bir il öncəki 6%-lik rekord göstəricidən bir qədər azdır.

Qadınların rəhbər vəzifələrə təyinatının ən yüksək faizi BRİKS ölkələri (Braziliya, Rusiya, Hindistan, Çin və CAR) qrupunda, həmçinin digər inkişafda olan ölkələrdə qeydə alınıb. Ən çox qadın rəhbər energetika sahəsində (9,5%) peyda olub, bunun ardınca isə əlaqə xidmətləri və maliyyə xidmətləri sektorları gəlir (müvafiq olaraq 7,5% və 7,4%).

Korporativ uzunömürlülər

“Strategy&”-nin araşdırması, həmçinin göstərib ki, bir şirkətdə uzun müddət ərzində öz vəzifəsində qalan bir qrup rəhbər də var: respondentlərin 19%-i təhlil dövrü boyu fasiləsiz şəkildə on il və daha artıq müddət ərzində öz vəzidəsində qalıb. Bununla yanaşı, bu çoxdan işləyən rəhbərlər qrupunda orta iş davamiyyəti 14 il təşkil edir.

“Strategy&” anallitikləri həmçinin müəyyən ediblər ki, belə menecerlər daha yüksək effektivliyi ilə seçilirlər, onların məcbur istehfasının ehtimalı isə daha kiçik stajlı rəhbərdən azdır.

Bir rəhbər vəzifədə uzun müddət işləməyin ən yüksək ehtimalı Şimali Amerikada (30%), bir qədər kiçik isə Qərbi Avropadadır (19%). Rusiya üçün belə ehtimal 10%, Çin üçün isə 7% təşkil edir.

Top-menecerlərin kənarlaşdırma səbəbləri

“Strategy&” göstərir ki, daha çox iri şirkət rəhbərləri mənəvi-etik normaların pozuntusuna görə vəzifələrindən olurlar. Aşardırmaya əsasən, 2018-ci ildə bu səbəblə şirkət başçısı vəzifəsini tərk edənlər 39% faizdir, halbuki, ondan bir il əvvəl bu göstərici 26% edirdi. Üstəlik, etik normaların pozuntusu səbəbindən istefaların payı 2018-ci ildə ilk dəfə qane etməyən maliyyə göstəricisi səbəbindən istefa payını (35%) üstələyib.

Eyni zamanda il ərzində rəhbərlərin direktorlar şurası ilə fikir ayrılıqları səbəbindən istefa payı kəskin şəkildə azalıb (25%-dən 13%-ə düşüb). istefaya gedənlərin 12%-i isə öz vəzifələrini yuxarıda adı çəkilməyən kateqoriyalara daxil olmayan səbəblərə görə tərk edib.

Samirə Məmmədova