Səudiyyə Ərəbistanının kralı Salman, vəzifədən azad etdiyi Energetika naziri Xalid Əl-Falihin yerinə oğlu Şahzadə Abdulaziz bin Salmanı təyin edib. Beləliklə, ilk dəfə Kral ailəsindən biri dünyanın ən böyük xam neft ixracı siyasətindən məsul olub.
İnsider.az xəbər verir ki, Səudiyyə Ərəbistanının rəsmi xəbər agentliyi SPA-da yayımlana yeni kral sərəncamlarına əsasən, energetika naziri Xalid Əl Falih və Sənaye və mədən ehtiyuatları nazirinin müavini Əbdüləziz bin Abdulla Əbdülkərim vəzifələrindən azad edilib.
Digər sərəncamlar ilə energetika naziri vəzifəsinə Şahzadə Əbdüləziz bin Salman Əl Suud, Sənaye və mədən ehtiyuatları nazirinin müavini vəzifəsinə isə Usama bin Əbdüləziz ez-Zamil təyin edilib.
Şahzadə Əbdüləziz Kralın oğludur.
©Marja