kreml-nikol-pasinyana-cavab-verib

Kreml Nikol Paşinyana cavab verib

“Rusiya Ermənistanın KTMT təlimlərinin keçirilməsindən imtinası ilə bağlı mövqeyinin təfərrüatlarını aydınlaşdıracaq”.

Bunu Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov deyib.

O bildirib ki, KTMT-nin Ermənistanda planlaşdırılan təlimləri başqa ölkələrin ərazisində də keçirilə bilər.

Məlumata görə, KTMT-nin Birgə Qərargahı 2023-cü ildə KTMT sülhməramlı qüvvələri ilə təlimlərin məqsədəuyğun olmaması barədə Ermənistandan siqnal aldığını bildirib.

Qeyd edək ki, daha əvvəl Ermənistan baş naziri Nikol Paşinyan da təlimlərin Ermənistanda keçirilməsinin məqsədəuyğun olmadığını söyləmişdi.