Son 24 saatda kriptovalyutaların kapitalizasiyası 181 milyarddan 177 milyard dollara düşüb.
İnsider.az xəbər verir ki, dünən, aprelin 21-i “Tradingview” portalında “Chepicap.com” analitikləri rəqəmsal sikkə bazarının ümumi dəyərinin 167 milyard dollara kimi endiyini qeyd ediblər.
Əsas kriptovalyuta olan “Bitcoin”-in orta bazar qiyməti 0,93%, yəni 5,289 dollara (8,991.30 AZN) enib. “Ethereum” 1,80% ucuzlaşıb, hazırda sikkə 169 dollar (287.30 AZN) dəyərində hərrac edilir. “XRP” kursu 0,30% - 0,32 dollara (0.20 AZN) enib. “Bitcoin Cash” isə 3,56%, yəni 287 dollara (487.90 AZN) düşüb.
Samirə Məmmədova