Kriptovalyuta şirkətləri, rəqəmsal xidmətlər bazarı ilə bağlı Vaşinqtonda ab-havanın pisləşməsinə cavab olaraq, ABŞ siyasətçilərinin layihələri üçün maliyyə dəstəyini əhəmiyyətli dərəcədə artırıblar.
Qeyd olunub ki, keçən həftə kriptovalyuta şirkətləri 2024-cü il seçkilərində kriptoindustriya tərəfdarı olan namizədlərə korporasiyalardan və fərdi şəxslərdən qeyri-məhdud miqdarda pul borc almağa imkan verən “Fairshake” layihəsinə 78 milyon dollar yatırım ediblər.
“Fairshake” bu industriyanın demaqoqlar tərəfindən siyasi futbol topu kimi istifadə edilməsinin əvəzinə əsaslı ictimai müzakirələr üçün məkan yaradacaq”, - deyə “Coinbase” şirkətinin icraçı direktoru Faryar Şirzad bildirib.
Verilən məlumata görə, “Coinbase” bu il təkcə kriptovalyuta qanunlarına lobbiçilik üçün 4 milyon dollar xərcləməyi planlaşdırır.
Qeyd olunur ki, indi ABŞ siyasəti getdikcə daha çox senator Elizabet Uorren kimi kriptovalyuta tənqidçiləri tərəfindən müəyyən edilir.
“Rəqəmsal aktivlər milli təhlükəsizliyə təhdid yaradır. Söhbət bir xoşagəlməz haldan deyil, məhdudiyyətsiz sayda pul verilməsinə imkan verən bütöv bir sistemdən gedir”, - deyə o hesab edir.
Bu cür kriptovalyuta ab-havası son aylarda “FTX Trading Ltd.” şirkətinin qurucusu Sem Benkman-Fridin fırıldaqçılıqda təqsirli bilinməsindən sonra dərinləşib. Kriptovalyuta birjasının rəhbəri çirkli pulların yuyulması və sanksiyalardan yayınma proseslərini istisna edə bilməyəcəyini etiraf edib.
Oxu.Az