ABŞ Mərkəzi Bankı (Fed) iki günlük iyun toplantısının ardından bu gün siyasi qərarını verəcək.
İnsider.az xəbər verir ki, analitiklər təhlilinə görə, zəif inflyasiya, pisləşən iqtisadi artım və ABŞ ticarət siyasəti qeyri-müəyyənliyi ABŞ Mərkəzi Bankını faiz endirməyə məcbur edə bilər. Fed bu gün faizin endirilməsi barədə qərar verməsə də, böyük ehtimalla iyul və ya sentyabr iclasında faiz endirəcək.
İnvestorlar Fed-in faiz endiriminə hazır olduğunu göstərməsi üçün bəyanatına və mətbuat konfransına fokuslanıb.
Fed-in gələcək yığıncaqlarda faiz endirimi üçün siqnal verib-verməyəcəyi diqqətlə izləniləcək.
ING analitikləri, "Ticarət gərginliyinin artması ehtimal olunarkən, Fed bu yığıncaqda bazar gözləntilərini təsdiqləyərək faiz endirimlərinin ola biləcəyinə dair siqnal verə bilər" ifadəsini istifadə ediblər.
Analitiklər, Fed-in 2018-ci ildə 4 dəfə faiz artırdığını, bu il isə daha ehtiyatlı mövqedə qaldığını ifadə edərək, "Prezident Trampın digər ölkələrlə ticarət mövzusundakı anlaşılmazlıqlarının iqtisadi təsirlərinə dair narahatlıqlar, iqtisadi artımda aşağı istiqamətli risklərin davam etdiyinə işarə edir. Fed-in faiz endirimlərinin yaxın olduğu siqnalı verəcəyini gözləyirik. Bazarlar iyulda 25 bənd və gələcək 12 ayda da 3 dəfə faiz endirimi gözləyir",- qeyd ediblər.
Fed faiz qərarını bu gün Bakı vaxtı ilə saat 22:00-da açıqlayacaq. Saat 22:30-da Fed sədrinin mətbuat konfransı başlayacaq.
Fed-in faizi 2,50% səviyyəsindədir.
©Marja