Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) mandatı Ukraynada keçirilən xüsusi əməliyyat zamanı təşkilatın kollektiv qüvvələrinin istifadəsi imkanını nəzərdə tutmur.
KTMT-nin baş katibi Stanislav Zas qeyd edib ki, təşkilatın mayın 16-da keçirilən yubiley sammitində kollektiv qüvvələrin Ukraynada keçirilən müharibəyə mümkün cəlb olunması məsələsi qaldırılmayıb və müzakirə olunmayıb.
O, KTMT-nin kollektiv qüvvələrinin döyüşlərə cəlb olunması imkanının ümumiyyətlə istisna edilib-edilməməsi sualına cavab verərkən izah edib ki, “KTMT-nin məsuliyyət zonası alyans ölkələrinin ərazisidir”.