kuba-ile-bagli-embarqonun-muddeti-uzadilib

Kuba ilə bağlı embarqonun müddəti uzadılıb

ABŞ prezidenti Donald Tramp Kuba ilə bağlı embarqonun müddətini uzadıb.

İnsider.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Qeyd edilir ki, ABŞ prezidenti Kuba ilə bağlı qüvvədə olan ticarət embarqosunu 14 sentyabr 2020-ci ilə qədər artırmaq barədə qərar qəbul edib.

"Mən qərara gəldim ki, Kuba barəsində bu tədbirlərin 1 il artırılması ABŞ-ın milli maraqlarına cavab verir", - deyə bəyanatda bildirilir.

Report