Ötən ilin dekabr ayında Moskvanı qalmaqal sarsıtdı – “Vogue”-nun əyləncə gecəsinə işgüzar kübar cəmiyyət xanımları əvəzinə “Instagram”-ın gənc ulduzları dəvət olunmuşdu. Cari ilin yanvarında isə Moskvanın kübar həyatı barədə məşhur “Telegram” kanallarından biri olan “Antiqlyanets”-də (74 mindən çox abunəçisi var) “Qudbay, ata qızları, salam, əhatəsi geniş qızlar!” şüarlı publikasiya çıxdı. Bu ifadə son dövrün tendensiyasını əks etdirir: dəbli jurnallar və lüks brendlər artıq milyon abunəçisi olan gənc “Instagram”-çı xanımlara üstünlük verir. Biznesmen və yüksək vəzifəli məmurların həyat yoldaşları və qızlarından ibarət “ağır lüks” isə reklamçıları daha az maraqlandırır. Məsələn, Rusiyanın kübar cəmiyyətinə aid jurnalı “Tatler”-də prodüser Mixail Druyan vurğulayır ki, “hazırda əsas dünya KİV-i “Instagram”-dır və istənilən gest-meneceri çoxlu izləyicisi olanlar cəlb edir”.
Beləliklə, İnsider.az olaraq, bu qalmaqalın ardınca “Forbes”-in gəlirlərini öyrəndiyi yeni “Instagram” ulduzları barədə yazırıq.
Darya Klyukina: “25 yaşlı qızcığaz üçün heç də pis qazanmıram”
Yaş: 25
Bir reklam publikasiyasının dəyəri: 300 min rubl
Aylıq mənfəət: 2500 min rubl
Aylıq gəlir: 2000 min rubl
“Mənim 2,7 milyon abunəçim var, publikasiyalarımdan bəzilərinə 3 milyondan çox adam baxır. Bu, tanınmanın əla yoludur, jurnal və brend nümayəndələri bunu anlayır” - deyə, Klyukina “Forbes”-lə söhbətində fikirlərini bölüşüb.
O, populyarlığını “TNT” kanalındakı “Xolostyak” (“Subay”) verilişinə borcludur. Çəkilişlərə 2017-ci ildə düşmüşdü. O vaxtlar onun “İnstagram”-dakı hesabında cəmi 5 min abunəçi vardı. Lakin get-gedə say artdı. İnternet populyarlığını necə monetizasiya etməyi bilmirdi, lakin publikasiyaların abunəçi əhatəsi yarım milyonu keçdikdə, Klyukinaya peşəkar menecerlərdən kommersiya təklifləri gəlməyə başladı. Bununla da, internet-karyerası yüksəlməyə doğru səmt götürdü.
Viktoriya Korotkova (Yeqor Kridin magiyası)
Yaş: 24
Bir reklam publikasiyasının dəyəri: 120 min rubl
Aylıq mənfəət: 1000-1500 min rubl
Aylıq gəlir: 800-1200 min rubl
Teleşouya gəlişinə qədər “İnstagram”-da kifayət qədər məşhur hesabının olmasına baxmayaraq, Viktoriya Korotkova üçün də “Xolostyak” verilişi kübar həyatına tramplin oldu. O, biznesmenlə (Mixail Rojnov) evli idi, çoxsaylı gəzinti və səyahətləri barədə bloqunda paylaşımlar edirdi. Çimərlik geyimində şəkilləri abunəçiləri cəlb edir və onların sayı 80 minə çatmışdı.
Viktoriya Rojnovla evliliyi bitəndən sonra “Xolostyak”-da özünü sınamağa qərar verir. Nəticədə, Yeqor Kridin finalda onu deyil, Klyukinanı seçməsi abunəçi sayını azaltmır, əksinə 900 minə çatdırır. Beləliklə, reklamçılardan kommersiya təklifləri gəlməyə başlayır.
O, ümumi aylıq gəlir məbləğini açıqlamır. Lakin “GetBlogger”-dən olan Mixail Karpuşinin qiymətləndirməsinə görə, bu göstərici 1-1,5 milyon rubl təşkil edir və onun bir qismi agent, menecer, fotoqraf, kopirayter, hüquqşünas və mühasiblərdən ibarət komandanın işinin ödənişinə gedir.
Mariya Melnikova (İstagram-həyat yoldaşı)
Yaş: 28
Bir reklam publikasiyasının dəyəri: 200 min rubldan başlayaraq
Aylıq mənfəət: 2500 min rubl
Aylıq gəlir: 2000 min rubl
Mariya Melnikova hesab edir ki, brendlərdən milyonluq müqavilələr almaq üçün peşəkar model olmaq mühüm deyil. Əsas olan sevimli simaya və çoxsaylı abunəçilərə malik olmaqdır. Xanım blogerin də hər iki məqamla problemi yoxdur – onun “Instagram”-dakı abunəçi sayı 2,5 milyon nəfəri ötüb keçir. Bu cür əhatəyə necə nail olmasını soruşanda isə səbəbi bilmədiyini deyir, lakin, əlbəttə, yalan deyir.
Çox güman, Mariyaya bloqunu irəli çəkməyə müğənni əri Mot (Matvey Melnikov) kömək edib. Populyarlıq dalğası Mariyanın hesabını 2016-cı ildə bürüdü – cütlük nişan barədə danışdı və Mariyanın hesabında üzük olan şəkil çıxdı. Abunəçi sayı isə 1 milyon nəfərə qalxdı, elə bu ildən də Mariya reklamçıların diqqətini cəlb etdi.
Mariya List: “Öz yetkinlik yaşıma “BMW” hədiyyə etdim”
Yaş: 21
Bir reklam publikasiyasının dəyəri: 550 min rubldan başlayaraq ABŞ-da, 130 min rubldan başlayaraq Rusiyada
Aylıq mənfəət: 4000-5000 min rubl
Aylıq gəlir: 3500 min rubl
21 yaşlı Mariya List özünü yeni rus media bazarına aid etmir: “Instagram”-dakı abunəçilərinin 1 milyonundan ancaq 30%-i rusiyalılardır, qalanları amerikalı və avropalılardır. List Kusrkda doğulub və 15 yaşında Moskvaya köçərək Kira Plastinina, Svetlana Kuşneroba və s. kimi dizaynerlərin yanında model kimi fəaliyyətə başlayıb. Fəaliyyətinin iki ili ərzində “bir az pul toplayıb” və Los-Ancelesə köçüb.
Öz bloqunu 2014-cü ildə aparmağa başlayan model “New York Times” və “Vogue” kimi jurnalların şəkillərinə düşür. Bundan sonra onun hesabına abunəçilər yazılmağa başlayır. Bunu görən List kontenti müxtəlifləşdirməyə qərar verir – o, dəb dünyasındakı trendlər, fəşn-industriya və brendlərin tarixçəsi barədə uzun mətnlər yazır, mətnlərə illüstrasiya kimi - iştirak etdiyi dəb nümayişləri və çəkilişlərindən şəkillər yerləşdirir, bir neçə ay sora isə "YouTube" kanalını açır.
List 18 yaşında ilk avtomobilini alır - “BMW 4” kabriolet. “Yetkinlik yaşıma özüm özümə hədiyyə etmişəm”, - gülərək söyləyir. Belə hədiyyəni almağa isə “Davidoff” parfümeriya brendilə ilk iri müqaviləsi kömək edib.
Samirə Məmmədova