Fransada ikinci karantin dövrü. Fransa, koronavirusa yoluxmaların artması ilə əlaqədar olaraq 30 Oktyabr 2020-ci il tarixindən etibarən küçəyə çıxmanı məhdudlaşdırmaq barədə qərar qəbul edib. Fransa Prezidenti Emmanuel Macron iki həftəlik müddətdə müsbət irəliləyişlər olması vəziyyətində tədbirlərin nəzərdən keçiriləcəyini açıqlayıb.
Almaniyanın ardından Fransa da koronavirus epidemiyası ilə mübarizə aparmaq üçün karantin tədbirlərinə geri dönüb.
Marja xəbər verir ki, Fransada Covid-19-a yoluxmada sürətli artım səbəbi ilə əlaqədar olaraq 30 Oktyabrdan etibarən ölkə daxilində küçəyə çıxma məhdudiyyəti tətbiq olunacaq. Fransa Prezidenti Emmanuel Macron qadağanın 1 dekabra qədər davam edəcəyini açıqlayıb.
Fransada 28 Oktyabrda son 24 saatda 523 nəfərin Covid-19-dan öldüyü açıqlanıb.