laqard-inflyasiya-tedricen-azalacaq

Laqard: İnflyasiya tədricən azalacaq

Avropa Mərkəzi Bankının sədri Kristin Laqard inflyasiyanın 2022-ci ildə tədricən azalacağını bildirib

"İnflyasiya əvvəlki il proqnozlaşdırılandan "daha az" düşəcək, lakin nəticədə azalacaq", - Laqard müsahibəsində deyib.

Laqard, enerji qiymətlərinin əbədi olaraq artmayacağını və tədarük zəncirindəki problemlərin həll ediləcəyini və inflyasiyanın azalmasının 2023 və 2024-cü illərdə davam edəcəyini bildirib.

Çıxışında Fed-ə toxunan Laqard, "Fed kimi tez reaksiya verməmək üçün səbəblərimiz var. ABŞ-da inflyasiya daha yüksəkdir" şərhini verib.

Laqard qeyd edib ki, inflyasiyanın təxminən yarısı enerji (əsasən neft və qaz) qiymətləridir. 

O, həmçinin bildirib ki, iqlim və geosiyasət, xüsusən də Rusiyanın mühüm neft istehsalçısı olması da qiymət artımlarında rol oynayıb.

"Lazım gələsə, biz pul siyasəti ilə cavab verməyə hazırıq", Laqard deyib.

Marja