lari-yeniden-ucuzlasib

Lari yenidən ucuzlaşıb

Gürcüstan milli valyutası lari dollar qarşısında yenidən ucuzlaşıb.

İnsider.az xəbər verir ki, Gürcüstan Milli Bankının bu gün saat 17:00-da avqustun 9-u üçün müəyyən etdiyi rəsmi məzənnəyə əsasən, 1 dollar 2.9488 lariyə bərabər olub. Bu gün isə 1 dolların rəsmi məzənnəsi 2.9338 lari təşkil edib. 

Lari avro qarşısında da ucuzlaşıb. Gürcüstan Milli Bankı 1 avronun rəsmi məzənnəsini sabah üçün 3.3038 lari olaraq müəyyən edib. Bu gün isə 1 avro 3.2806 lari təşkil edib.

Ekspertlər larinin ucuzlaşmasını turizmdə mövcud olan vəziyyət, eləcə də real sektorun problemləri ilə əlaqələndirirlər.

©APA