Gürcüstanın milli valyutası olan lari dəyər itirərək yeni rekord həddə çatıb.
İnsider.az xəbər verir ki, hazırda Gürcüstanın kommersiya banklarında 1 dolların alışı 2,86 lari, satışı isə 2,98 lari təşkil edir. Avro ilə əməliyyatlar isə müvafiq olaraq 3,1950 lari və 3,3450 lari məzənnəsi ilə həyata keçirilir.
Qeyd edək ki, ötən gün Gürcüstan Milli Bankı rəsmi valyutasının dollara qarşı məzənnəsini 2,8320 lari səviyyəsində müəyyən edib.
Yeni məzənnə bu gün saat 17:00-da elan ediləcək.
© APA