Latviya tərəfi bütün növ vizaların verilməsi üçün Rusiya vətəndaşlarının müraciətlərinin qəbulunu dayandırıb.
Bu barədə bazar ertəsi ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Rusiyada daxili siyasi hadisələrin gözlənilməz inkişafı ilə əlaqədar olaraq iyunun 26-dan Latviyanın xaricdəki diplomatik və konsulluq nümayəndəlikləri Rusiya vətəndaşlarının bütün növ viza müraciətlərinin qəbulunu dayandırıblar”, - məlumatda deyilir.
XİN-dən vurğulanıb ki, əvvəlki tarixlərdə sənədləri təqdim etmiş şəxslər lazımi prosedurlardan keçəcəklərinə ümid edə bilərlər.
Oxu.Az