“Üçüncü Dünya müharibəsi olsaydı, bu, nüvə savaşı və dağıdıcı olacaqdı”.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
Sanksiyalar məsələsinə toxunan nazir Rusiyanın məhdudiyyətlərə hazır olduğunu deyib:
“İdmançılar, jurnalistlər, mədəniyyət nümayəndələrinə qarşı sanksiyalara hazır idik”. O həmçinin Rusiyanın xeyli dostunun olduğunu və onun təcridinin mümkün olmayacağını vurğulayıb.
Qeyd edək ki, fevralın 26-da ABŞ-ın Prezidenti Cozef Bayden Ukraynadakı hadisələrə görə Rusiyaya qarşı genişmiqyaslı sanksiyalara alternativ “Üçüncü Dünya müharibəsi”nin başlanğıcı ola biləcəyini bildirmişdi.
Report