Türkiyədə səfərdə olan Rusiya xarici işlər naziri Sergey Lavrovun türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə Ankarada görüşü başlayıb.
Görüşdən sonra nazirlərin mətbuat konfransı keçirəcəkləri gözlənilir.
Xatırladaq ki, Rusiya XİN rəhbəri türkiyəli həmkarının dəvəti ilə aprelin 6-da Ankaraya yollanıb. Görüş zamanı enerji məsələləri, Ukrayna ətrafındakı vəziyyət, “Taxıl sazişi”nin həyata keçirilməsi, eləcə də Qarabağda vəziyyətin normallaşdırılması, Dəməşq və Ankara arasında dialoq kimi mövzular ətrafında müzakirələrin aparılacağı gözlənilir.