leqolardan-ibaret-mclaren-super-avtomobili-tebii-olcude-hazirlanib

Leqolardan ibarət "McLaren" super avtomobili təbii ölçüdə hazırlanıb

Bahalı idman avtomobillərinin istehsalı ilə məşhur olan "McLaren" avtomobil şirkəti 2018-ci ildə "Senna" modelinin debütünu edib.

İnsider.az bildirir ki, hər biri 1 milyon dollara olmaqla ümumi 500 avtomobil buraxılıb. Onlardan biri isə bu yaxınlarda hərracda 1,4 milyon dollara satılıb.

"McLaren" daha bir "Senna" hazırlayıb - bu dəfə avtomobil leqolardan ibarətdir.

2019-cu ilin mart ayında "McLaren" oyuncaq istehsalı şirkətilə partnyor olaraq 1:1 miqyasda nadir olan "McLaren Senna"-nın leqo versiyasını debüt edib.

"McLaren"-ə görə, təbii ölçüdəki tam kopiyanın yığılması üçün 5000 saat lazım oldu və versiya yarım milyon ayrı-ayrı komponentlərdən ibarətdir. Leqo avtomobili 3,348 funt çəkidədir. Bu, faktiki "Senna" avtomobilinin özündən 1,102 funt daha ağırdır. Bu versiyanı idarə etmək mümkün olmasa da, qonaqlar içərisinə daxil olub, sükan arxasına otura və saatda 208 mil sürətlə avtomobil hərəkətinin simulyasiyasını eşidə bilərlər.

Avtomobil özündə real "Senna"-nın interyer detallarını, o cümlədən, yüngül, karbondan olan oturacaqları, sükan çarxını və pedalları ehtiva edir. "Pirelli" şinləri də həqiqi avtomobildə olduğu kimidir və qapılar şaquli açılır.

Həmçinin leqo avtomobilin oyuncaq versiyası da var. Mağazalarda əlçatandır və dəyəri 14,99 dollardır (25,48 AZN).

Qeyd edək ki, ötən il 1 milyon leqodan təbii ölçüdə "Chiron" yığmaq üçün "Lego" "Bugatti" ilə partnyorluğa daxil oldu. Avtomobil tam idarəedilən vəziyyətdə idi.

Samirə Məmmədova