Lerik rayonunda baş verən ağır yol qəzası ilə bağlı cinayət işi başlanılıb.
Bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb, istintaq aparılır.
Qeyd edək ki, hadisə sentyabrın 4-də rayonun Günəşli kəndində qeydə alınıb.
Belə ki, yerli turistləri daşıyan avtobus qəzaya uğrayıb. Nəticədə rayonun Göyşaban kənd sakini - Xəlilova Dilarə İslam qızı, Boladi kənd sakinləri - Həşimova Sərvər Əhməd qızı, Axundova Saray İslam qızı, Ağayeva Təcrübə Ağababa qızı, Cəfərova Güldəstə Məmmədağa qızı, Rzayeva Səmayə Ağababa qızı, Tahirova Zərintac İslam qızı vəfat edib. Sürücü Səyyadov Səyyad Hacıbala oğlunun vəziyyəti stabilləşdiyindən paltaya köçürülüb.
Report