Argentina millisinin hücumçusu Lionel Messi Argentina millisində ilkə imza atıb.
Məlumata görə, 7 Amerika Kubokunda iştirak edən ilk argentinalı futbolçu olub. O, əfsanəvi çilili qapıçı Serxio Livinqstona məxsus rekordu 71 ildən sonra qırıb.
Messi həm də qatıldığı 7 Amerika kubokunun hamısında assist etməklə tarixə düşüb. O, bunu bacaran yeganə oyunçudur. Lionel ümumilikdə 18 məhsuldar ötürmə ilə də rekordçudur.
Əlavə olaraq, Lionel Messi Amerika Kubokunda ən çox matç keçirən futbolçu ünvanına da yiyələnib.
Oyunçu bunu Kanadaya qarşı açılış qarşılaşmasında gerçəkləşdirib. Forvard ümumilikdə bu turnirdə 35-ci matçına çıxıb.
Qeyd edək ki, Argentina millisi bu yarışın 15 qat qalibidir.
Oxu.Az