lire-keskin-ucuzlasib

Lirə kəskin ucuzlaşıb

Dollar türk lirəsi (TL) qarşısında (Asiya seansında), ABŞ ilə Çin arasında ticarət müharibəsinin qızışması ilə "etibarlı liman" xarakterli alətlərə tələbin güclənməsi nəticəsində kəskin bahalaşıb.

İnsider.az xəbər verir ki, ABŞ ilə Çinin gömrük tariflərini qarşılıqlı artırmaları "etibarlı liman" kimi tanınan yapon yeninin alınmasını artıb. Bu alışların nəticəsində, türk lirəsi yapon yeni qarşısında 12% dəyər itirib. Bu kəskin ucuzlaşma nəticəsində, yapon investorlar bu il ikinci dəfə türk lirəsi mövqelərini azaltmaq məcburiyyətində qalıblar.

Türk lirəsi Asiya seansına zəif başlayıb və tl-nin ucuzlaşamsı Tokio saatı ilə səhər 07:20-də, Yaponiyanın foreks şirkətlərinin müştərilərinin uzun tl mövqelərini "zərəri dayandır" əməliyyatlarını bağlamalarından  sonra sürətlənib. "Gaitame.Com Co"nun məlumatına görə, lirə mövqeyi tutan müştərilərin 89%-i uzun (long), 11%-i isə qısa (short) mövqeyə malik idilər. 

Bu itkilər, yüksək faizli pullara yönələn fərdi yapon investorlar üçün sürpriz deyildi və bu investorlar, yanvar ayında yapon yeninin Asiya seansında "Bloomberg" tərəfindən təqib edilən bütün pullar qarşısında ani bir yüksəliş göstərdiyi zaman da bu şəkildə sərt bir hərəkətlə qarşı-qarşıya qalmışdılar.

Analitiklər bildirirlər ki, tl-nin yüksək volatilli bir pul vahidi olması nəzərə alındıqda, yendəki yüksəliş səhər "zərəri dayandır" əməliyyatlarına təkan vermişdir. 

Dollar/tl məzənnəsi Asiya seansı əvvəlində qısa bir müddətə 6.3953 səviyyəsinə qədər qalxdıqdan sonra 5.80 səviyyəsinin üzərində tarazlıq tapmağa çalışır.

©Marja