lire-s-400-lerin-turkiyeye-gonderilmesi-ile-ucuzlasib

Lirə S-400-lərin Türkiyəyə göndərilməsi ilə ucuzlaşıb

Türk lirəsi dollar qarşısında yenidən ucuzlaşıb. Bu dəfə səbəb Rusiyanın S-400-ləri Türkiyəyə göndərməyə başlamasıdır.

İnsider.az xəbər verir ki, Bakı vaxtı ilə saat 17:45-ə olan məlumata görə, dollar/tl məzənnəsi 1,5% yüksələrək 5.7793-ü görüb.

ABŞ Türkiyənin Rusiyadan S-400 sistemini almasını istəmir. ABŞ Türkiyəyə S-400 aldığına görə sanksiya tətbiq edə bilər.

Türkiyə Müdafiə Nazirliyi S-400 Uzun Mənzilli Bölgə Hava və Raket Müdafiə Sisteminin birinci qrup materiallarının Ankara Mürtəd Hava Limanına gətirilməsinə bu gündən etibarən başladığını açıqlayıb.

S-400-ə aid hissələrin təhvili qarşıdakı günlərdə də davam edəcək və sistem tamamilə hazır olduqdan sonra istifadəsinə başlanacaq.

©"Marja"