london-birjasindan-27-milyard-dollarliq-satinalma

London Birjasından 27 milyard dollarlıq satınalma

London Birjası (LSE) şirkətlər, banklar və investorlara xəbər, məlumat və analitik məlumat verən "Refinitiv" şirkətini 27 milyard dollara satın aldığını bildirib.

İnsider.az xəbər verir ki, London Birjasının sədri Don Robert, "Bu satınalma London Birjasının strateji əhəmiyyəti baxımından dönüş nöqtəsi xüsusiyyətindədir", - ifadəsini istifadə edib. 

"Blackstone Group" keçən il "Tompson Reuters"ın maliyyə və risk bölməsini 20 milyard dollara satın almış və adını "Refinitiv" olaraq dəyişdirmişdi.

©Marja