Almaniyada hökumətin yaratdığı İqtisadi Sabitləşdirmə Fondu (WSF), hava yolu şirkəti Lufthansa üçün 9 milyard avroluq xilasetmə paketini təsdiqləyib.
İnsider.az xəbər verir ki, WSF şirkətin 20%-lik hissəsini götürəcək.
WSF-in Lufthansa-dakı payını 2023-cü ilin sonuna qədər satmağı planlaşdırdığına yer verilən açıqlamada, fondun təsdiqlədiyi paketinin AB Komissiyası tərəfindən təsdiqlənməsi lazım olduğu da qeyd edilib.
Lufthansa-nın Frankfurt Birjasında ticarət olunan səhmləri xəbərin ardından 7,03% dəyər qazanaraq 8,56 avrodan bağlanıb.