lukoil-layihelerini-dondurub

"Lukoil" layihələrini dondurub

Rusiyanın "Lukoil" neft-qaz şirkəti aşağı neft qiymətləri fonunda 1,5 mlrd. dollarlıq layihələri dondurub. Aşağı neft qiymətləri dövrünün davam etdiyi halda, şirkət investisiya proqramlarının ixtisarını nəzərdən keçirəcək.

Rusiya mətbuatının verdiyi məlumata görə, bunu şirkətin rəhbəri Vahid Ələkbərov deyib.

O qeyd edib ki, bu gün neftin böyük həcmləri anbarlara vurulub və qiymət sabit olaraq 40 dollar civarındadır. Bu cür aşağı qiymətlər neft sənayesində investisiya fəallığının kəskin azalmasına səbəb olur: "Bu gün təxminən 1,5 mlrd. dollarlıq layihələr dondurulub. Aşağı neft qiymətləri dövrü davam edərsə, əlbəttə, investisiya proqramlarının azaldılmasına yenidən baxmaq məcburiyyətində olacağıq".

APA