Qazaxıstanın Almatı bölgəsində mühhərrik yağları istehsal edən zavod açılıb.
Qazaxıstanın Baş naziri Askar Mamin “LUKoil” şirkətinin rəhbəri Vahid Ələkpərov ilə birgə İli rayonunda "Lukoil Lubricants Central Asia" MMC-nin sürtkü yağları istehsalı zavodunun açılış mərasimində iştirak ediblər.
Qazaxıstanda hazırda karbohidrogen sektoruna 9,5 milyard dollar sərmayə qoyan “LUKoil”un zavodunun açılması ölkənin neft-qaz sənayesinin inkişafına, xüsusilə xammalyönümlü emal məhsulları buraxılışına keçiddir.
Zavodun ildə 100 min ton məhsul istehsal etməsi nəzərdə tutulub və 800-dən çox növ mühərrik yağları istehsalı proqnozlaşdırılır. Zavod Qazaxıstanın, Orta Asiya ölkələrinin, Çin, Əfqanıstan və Monqolustanın daxili bazarını sürtkü materialları ilə təmin edəcək. Müəssisənin inşasına və avadanlıqlarına qoyulan ümumi sərmayə 94 milyon ABŞ dollarıdır.
© Azərtac