luksemburq-rusiyanin-2-5-milyard-avroluq-aktivlerini-dondurdu

Lüksemburq Rusiyanın 2,5 milyard avroluq aktivlərini dondurdu

Lüksemburqun Maliyyə Nazirliyi ölkədə Rusiyaya məxsus 2,5 milyard avro dəyərində aktivləri dondurduğunu bildirib.

“Nazir Yuriko Bakes Aİ-nin Rusiyaya qarşı sanksiyalarının Lüksemburqda tətbiqi prosesi barədə parlamenti məlumatlandırıb. Bu günə qədər Lüksemburqda Rusiyanın 2,5 milyard avro dəyərində aktivləri dondurulub”, - nazirliyin “Twitter” səhifəsində qeyd edilib.

Xatırladaq ki, Ukraynaya hərbi müdaxilədən sonra bir çox ölkələr Rusiyanın aktivlərinin dondurulduğunu elan edib. Rusiyanın maliyyə naziri Anton Siluanovun sözlərinə görə, bu, təxminən 300 milyard dollardır və Rusiyanın qızıl-valyuta ehtiyatlarının təxminən yarısına bərabərdir.

Oxu.Az